Formula 1 Azərbaycan Qran Prisi yarışları yeni qalibini gözləyir

Formula 1 Azərbaycan Qran Prisi yarışları yeni qalibini gözləyir

Bu gün Formula 1 Azərbaycan Qran Prisi yarışında həlledici gündür və milyonlarla izləyici səbirsiliklə qalib adını kimin qazanacağını gözləyir.

Proqrama uyğun olaraq günün birinci yarışında əvvəlcə Formula 2-nin ikinci əsas yarışı keçiriləcək və bu mərhələnin qalibinin adına aydınlıq gətiriləcək. Xatırladaq ki, dünən keçirilən Formula 2 yarışının qalibi DAMS Lucas Oil pilotu Dino Beqanoviç olub. O, Formula 2 sprint yarışında rəqiblərini özündən geri qoymağı bacarıb. Formula 2 üzrə ilk əsas yarışın qalibi adını isə Rodin Motorsport pilotu Aleks Dann qazanıb.
Formula 1-də isə dünən ən sürətli seçmə nəticəsini isə Mercedes pilotu Corc Rassel göstərib. O, 292 xalla seçmə yarışın qalibi olub. Sürətli seçmə yarışında ikinci yeri onun britaniyalı komanda yoldaşı Corc Rassel (211 xal), üçüncü nəticəni isə Ferrari pilotu Luis Hamilton (191 xal) göstərib.

Azərbaycan Qran Prisindən əvvəl ümumi sıralamada italiyalı Mercedes pilotu Andrea Kimi Antonelli 292 xalla liderlik edirdi. ikinci, isə üçüncüdür.

Mercedes həmçinin 503 xalla Konstruktorlar Çempionatına da liderlik edir. Ferrari ikinci (358 xal), McLaren isə üçüncü (306) komandalarıdır.

Azərbaycan Qran Prisinin sonuncu günü saat 11.00- da Formula 2-nin ikinci əsas yarışı ilə başlayacaq və qalibin adına aydınlıq gətiriləcək.

Saat 15:00-da isə Formula 1-in ısas yarışı başlayacaq və bununla da yeni qalib müəyyən ediləcək. Formula 1 yarışı qaliblərə təntənəli şəkildə mükafatların təqdim edilməsi ilə başa açatacaq.

Emin Axundov

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.26

2026.09.25

2026.09.24

2026.09.23

2026.09.22

2026.09.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az