Bakıda yüzlərlə ev plana düşdü - Kompensasiya ödəniləcək

Bakıda yüzlərlə ev plana düşdü - Kompensasiya ödəniləcək

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir.

"Yeni Sabah" xəbər verir ki, beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür.

Hazırda burada həm xəttin keçəcəyi ərazilər müəyyənləşdirilir, həm də layihənin təsirinə düşən tikililərlə bağlı iş aparılır.

Dəmiryolu xəttinin keçəcəyi ərazidəki sakinlərlə görüş keçirilib və onlara kompensasiya ödənilidikdən sonra söküntüyə qərar verilib.

Ərazidəki köhnə Maştağa stansiyasının binası da diqqət mərkəzindədir.

Zabrat-Maştağa-Bağlar xətti dövlət proqramına əsasən, paytaxtın əsas layihələrindən biri hesab edilir.

Bütün bu layihələrin istifadəyə verilməsi ilə paytaxtda sərnişin yükünün və yollarda tıxacın azalması gözlənilir.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.25

2026.09.24

2026.09.23

2026.09.22

2026.09.21

2026.09.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az