Boşu-boşuna 11 il xərçəng müalicəsi aldı- diaqnozu səhv imiş

Boşu-boşuna 11 il xərçəng müalicəsi aldı- diaqnozu səhv imiş

O, 11 il ərzində heç nə üçün xərçəng müalicəsi aldı və sonda sadəcə "bağışlayın" eşitdi.

Medicina.az xəbər verir ki, 21 yaşlı Beki Consa ölümcül beyin şişi diaqnozu qoyulan və cəmi bir neçə ay ömrü deyildiyi üçün ağır kimyaterapiya müalicəsinə başlayıb. 11 il kimya və şüa terapiyası alan qız uzun və yorğun prosesdə şiddətli ürəkbulanma, ağız yaraları, xroniki yorğunluq və sosial təcridlə mübarizə apardı, karyerasını, sağlamlığını və ailə həyatını alt-üst etdi.

Son tibbi müayinələrdə isə Consda əslində xərçəng deyil, beyin toxumasında müalicə edilə bilən bir iltihabi toxuma növü olduğu məlum oldu. Beləliklə, 11 ildir boşuna özünə əziyyət verdiyini eşidəndə xəstənin məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmayıb.

Xəstəxanada səhv diaqnoz və ya qüsurlu müalicə proseslərindən əziyyət çəkdiklərini bildirən 40-dan çox xəstə və onların qohumları kollektiv məhkəmə prosesi başlatdılar. Xəstəxana rəhbərliyi hadisə ilə bağlı dərin təəssüfünü bildirib və monitorinq, hesabat və xəstə təhlükəsizliyi sistemlərini tamamilə yenidən quracağına söz verib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.22

2026.09.21

2026.09.20

2026.09.19

2026.09.18

2026.09.17

2026.09.16

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az