Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

Sabahdan Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq.

Axar.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Məlumata görə, məqsəd xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkil edilməsidir.

Abşeron və Qaradağ rayonlarının bir sıra ərazilərindən gələn sərnişinlərin "Şamaxı yolu" və "20 Yanvar" ərazilərinə daxil olmadan metrodan istifadəsi asanlaşacaq.

Beləliklə, qeyd olunan istiqamətlərdən gələn sərnişinlər "Xocəsən" və "Avtovağzal" stansiyalarından daxil olaraq "8 Noyabr", "Dərnəgül", "Azadlıq prospekti", "Nəsimi", "Memar Əcəmi", "20 Yanvar", "İnşaatçılar", "Elmlər Akademiyası" və "Nizami" stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.

Nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılmış monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında müəyyən edilmiş zəruri istiqamətlər üzrə bir sıra *avtobus marşrutlarının birbaşa "Xocəsən" və "Avtovağzal" stansiyalarına yönləndirilməsi nəzərdə tutulur.

Görülən tədbirlər Yaşıl və Bənövşəyi xətlərlə Qırmızı xətt arasında daha rahat və alternativ hərəkət imkanlarının yaradılmasına, sərnişinlərin vaxt və maliyyə itkisinin azaldılmasına xidmət edəcək.

Bununla xətlərin ayrılması layihəsinin icrası müddətində sərnişin axınlarının daha səmərəli bölüşdürülməsi, şəhərin giriş istiqamətlərində ictimai nəqliyyatın hərəkətinin optimallaşdırılması və sərnişinlər üçün alternativ marşrutların genişləndirilməsi təmin olunacaq.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.23

2026.09.22

2026.09.21

2026.09.20

2026.09.19

2026.09.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az