Azərbaycan vətəndaşlarının banklarda nə qədər pulu var? - Rəqəmlər açıqlandı

Azərbaycan vətəndaşlarının banklarda nə qədər pulu var? - Rəqəmlər açıqlandı

Fiziki şəxslərin banklardakı əmanətlərinin məbləği 2026-cı il avqustun 1-nə 17 milyard 896.7 milyon manat təşkil edib.

Azerbaycanpolisi.az Oxu.Az-ın əldə etdiyi məlumata istinadla xəbər verir ki, əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15.8% artıb.

Əmanətlərin 71.9%-i milli valyutada, 28.1%-i isə xarici valyutada yerləşdirilib. Milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23% artaraq 12 milyard 875.8 milyon manata, xarici valyutada olan əmanətlər isə 0.7% artaraq 5 milyard 20.9 milyon manata çatıb.

Məlumata görə, avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1.70 manat, 1 avroya 1.97 manat, 100 Türkiyə lirəsinə 3.55 manat, 100 Rusiya rubluna isə 2.05 manat təşkil edib.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.18

2026.09.17

2026.09.16

2026.09.15

2026.09.14

2026.09.13

2026.09.12

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az