Bakıda bu məktəblər onlayn tədrisə keçir – SİYAHI

Bakıda bu məktəblər onlayn tədrisə keçir – SİYAHI

Formula-1 Azərbaycan Qran Prisi bu il 24-26 sentyabr tarixlərində keçiriləcək.

Azerbaycanpolisi.az xəbər verir ki, bununla bağlı Bakı yollarında ilkin məhdudiyyət artıq 19 sentyabrdan (Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində) tətbiq ediləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, tədbirin keçirildiyi əraziyə yaxın təhsil müəssisələrində dərslər onlayn formada təşkil olunacaq.

Həmin təhsil ocaqlarının adları hələlik açıqlanmayıb. Ancaq bundan əvvəlki illərdə Formula-1 yarışlarına görə aşağıdakı təhsil müəssisələri onlayn tədrisə keçmişdi:

- 132-134 nömrəli Təhsil Kompleksi

- 6 nömrəli məktəb-lisey

- 7 və 8 nömrəli məktəblər

- 160 nömrəli Klassik Gimnaziya

- Elitar Gimnaziya

- 189-190 nömrəli məktəb

- 2 və 147 nömrəli texniki-humanitar liseylər

- 27 nömrəli məktəb

- 1 nömrəli məktəb.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.18

2026.09.17

2026.09.16

2026.09.15

2026.09.14

2026.09.13

2026.09.12

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az