Nobel Fondu Nobel mükafatının məbləğinin 12 milyon İsveç kronuna (1,2 milyon dollar) qədər artırıldığını açıqlayıb. Bu, ötən illə müqayisədə 9 faiz çoxdur. Müxtəlif sahələr üzrə Nobel mükafatları oktyabrın 5-dən 12-dək təqdim olunacaq. Oxuməni.az xəbər verir ki, bu barədə Nobel Fondunun rəsmi saytı məlumat yayıb.
“Pul mükafatının məbləğini artırmaqla Nobel mükafatının uzunmüddətli əhəmiyyətini qoruyur və onun maliyyə hissəsinin dəyərinin zaman keçdikcə saxlanılmasını təmin edirik”, – deyə Nobel Fondunun rəhbəri Hanna Styerne bildirib.
Son illərdə Nobel mükafatının pul mükafatının məbləği bir neçə dəfə dəyişdirilib. Bununla belə, XXI əsrin əvvəlindən etibarən ümumi artım o qədər də böyük olmayıb. 2000-ci illərin əvvəllərində mükafatın məbləği 10 milyon kron təşkil edib. 2012-ci ildə maliyyə çətinlikləri səbəbindən məbləğ hətta 10 milyondan 8 milyon krona endirilib. 2020-ci ildə məbləğ yenidən 10 milyon krona, 2023-cü ildə isə 11 milyon krona çatdırılıb.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































