Azərbaycan DNT Layihəsi çərçivəsində aparılan növbəti elmi araşdırma Cənubi Qafqazın qədim genetik tarixi ilə bağlı mühüm faktı ortaya çıxarıb. Layihənin son nəticələrinə əsasən, Qərbi Azərbaycanın Zəngəzur mahalı, Sisyan rayonunun Sofulu kəndindən olan bir Azərbaycan türkünün ata xətti (Y-DNT) üzrə analiz cavabları bəlli olub.
Azerbaycanpolisi.az “Globalinfo.az”a istinadla xəbər verir ki, bu barədə “Azərbaycan DNT Layihəsi”nin inzibatçısı, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə mütəxəssis Orxan Xansuvar bildirib.
O qeyd edib ki, genetik test nəticəsində soydaşımızda R1b-Z2103 haploqrupuna aid R-Y4364 subkladı (alt qolu) aşkarlanıb.
Bu genetik xətt Tunc dövründən (təxminən e.ə. 3500 – e.ə. 1000-ci illər) etibarən Cənubi Qafqaz coğrafiyasında məskunlaşmış ən qədim yerli xətlərdən biridir. Tarixi və genetik tədqiqatlar göstərir ki, antik dövrdə Qafqaz Albaniyası və Atropatena ərazisində də məhz bu genetik qolun nümayəndələri geniş şəkildə məskunlaşıblar.
Bu yeni tapıntı Zəngəzur bölgəsinin qədim sakinləri ilə müasir Azərbaycan türkləri arasındakı minilliklərə söykənən genetik və tarixi varisliyi bir daha elmi faktlarla sübut edir.
Azerbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






























.jpg)

.jpg)





















