Bu ölkələrə tək şəxsiyyət vəsiqəsi ilə gedəcəyik - Müjdə

Bu ölkələrə tək şəxsiyyət vəsiqəsi ilə gedəcəyik - Müjdə

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vətəndaşlarının pasportdan istifadə etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə bilməsi istiqamətində iş aparılır.

Bu barədə APA-ya açıqlamasında TDT Baş katibi Kubanıçbek Ömüralıyev bildirib. Baş katib qeyd edib ki, Azərbaycan və Türkiyə arasında vətəndaşların şəxsiyyət vəsiqəsi ilə, pasportsuz səfər imkanından artıq istifadə olunur:

“Digər türk dövlətləri ilə də bunun mümkün olması üzərində də biz işləyirik. Bu ölkələr Qırğızıstan, Qazaxıstan və Özbəkistandır. Bunu təkcə bir ölkə ilə deyil, birlikdə həyata keçirə bilərik”.

O, sözügedən məsələnin TDT-nin gündəmində olduğunu vurğulayıb.

“İnşallah, bu, bizim gündəmimizdədir. Söhbət beş ölkədən gedir: Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan. Layihənin ən qısa zamanda tamamlanması üçün hazırlıqlar davam etdirilir”,-deyə Kubanıçbek Ömüralıyev bəyan edib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.15

2026.09.14

2026.09.13

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az