20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir

20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir

Türkiyənin Bursa şəhərində Rusiya vətəndaşı olan həyat yoldaşı Arzu Xəlilovaya (20 yaş) 146 qayçı zərbəsi endirərək onu qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Salıcan Mehmetin (28 yaş) məhkəmə prosesi davam edir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Türk" telekanalı məlumat yayıb.

Prokurorluq təqsirləndirilən şəxs üçün ömürlük azadlıqdan məhrumetmə cəzası tələb edir.

Dəhşətli hadisə 2025-ci il noyabrın 3-də Yıldırım rayonunun Deyirmenlikızık məhəlləsində baş verib. Dörd il dini nikahda olduğu, iki uşaq anası olan Arzu Xəlilova ilə mübahisə edən Salıcan Mehmet ona 146 qayçı zərbəsi vurub. Ekspertizanın rəyinə əsasən, bu zərbələrdən 72-si ölümcül olub.

Qeyd edək ki, Salıcan Mehmet daha əvvəl səkkiz dəfə məhkum olunub.

Məhkəmənin ilk iclasında Arzunun anası Zülfiyyə Xəlilova iki nəvəsinin xətrinə kürəkənindən şikayətçi olmadığını bildirmişdi. Lakin ikinci iclasda o, artıq şikayətçi olduğunu bildirib və kürəkəninə ən ağır cəzanın verilməsini istəyib.

Hüquqi prosesləri anlamadığını deyən Zülfiyyə Xəlilova ifadəsində bildirib: "Mən sadəcə onun cəzalandırılmasını istəyirəm. Əvvəlki dinləmədə şikayətçi olmadığımı demişdim, məni aldatdılar, anlamadım. İşdə iştirak etmək istəmədiyimi bildirmişdim. Lakin məsələnin hüquqi tərəflərini bilmirdim. İndi isə müqəssirdən rəsmən şikayətçiyəm".

Bursa 19-cu Ağır Cəza Məhkəməsi təqsirləndirilən şəxsin psixi sağlamlığının müəyyən edilməsi üçün İstanbul Məhkəmə Tibb Ekspertizasına sorğu göndərilməsinə və onun həbsdə qalmasına qərar verib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az