Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin Yaxın Şərq və Afrika Departamentinin rəhbəri Levon Petrosyan Ərbildə İraq Kürd Muxtariyyətinin Xarici Əlaqələr Departamentinin rəhbəri Safin Deza ilə görüşüb.
Azerbaycanpolisi.az “Teleqraf”a istinadla xəbər verir ki, həmsöhbətlər Kürd Muxtariyyəti ilə ticariiqtisadi əlaqələrin inkişafını və Ermənistandan İraqa ixracın təşviqi, mədəniyyət, turizm, texnologiya və təhsil sahələrində əlaqələrin fəallaşdırılması və əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Ərbilə səfəri çərçivəsində Levon Petrosyan həmçinin İraq Kürdüstanı baş nazirinin xarici işlər üzrə müavininin müşaviri Peşava Məhəmməd, baş nazirinin xarici işlər üzrə baş müşaviri Bayan Sami Əbdül Rəhman və regionun ticarət və sənaye nazirinin müavini Sərvər Kamal Havari ilə görüşüb.
Azerbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






