BMT Ukraynada qarşıdan gələn qışdan çox narahatdır

BMT Ukraynada qarşıdan gələn qışdan çox narahatdır

Ukrayna Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri özünün “ən ağır qışı” ilə üzləşir və bu, Rusiyanın enerji infrastrukturuna növbəti hücumları halında humanitar fəlakətə çevrilə bilər. Oxuməni.az xəbər verir ki, bunu BBC-yə şərhində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) administratoru Alexander De Croo deyib.

BMT-də üçüncü ən yüksək vəzifəli məmur olan De Croo Rusiyanı Ukraynanın mülki və enerji infrastrukturuna “son dərəcə sistematik” hücumlarda ittiham edib. Onun sözlərinə görə, hücumların hədəfi yanacaqdoldurma məntəqələri, ticarət mərkəzləri, biznes mərkəzləri, lakin hər şeydən əvvəl enerji obyektləridir və əlavə edib ki, “bunun heç bir əsası yoxdur”.

O əlavə etdi ki, qış başlamazdan və temperatur aşağı düşmədən elektrik şəbəkəsini təmir etmək üçün indi “zamanla yarış” gedir. BMT "bu qışın necə ola biləcəyindən çox, çox narahatdır". De Croo əlavə etdi ki, əgər əhalinin istilik üçün elektrik enerjisi çatışmazlığı, su təchizatı və kanalizasiya sistemləri fəaliyyətini dayandırarsa, ciddi humanitar fəlakət riski var, ona görə də “bu qış ən çətin olacaq”. BMTİP indi elektrik şəbəkəsinin zədələnmiş hissələrinin bərpasına və raket və dron hücumlarına daha az həssas olan mərkəzləşdirilməmiş istehsal müəssisələrinin yaradılmasına kömək edir. Baxmayaraq ki, hazırkı təhlükəsizlik mühitində bu çətin işi görmək “demək olar ki, qeyri-mümkün bir işdir”.

"Onlar (Ukraynalı energetiklər – red.) fasiləsiz, daimi hava reyd siqnalları altında bu obyektləri bərpa edirlər. Başa düşürlər ki, onlar hədəf olan obyekt üzərində işləyirlər. Ona görə də siz bərpa işləri aparmağa çalışırsınız, lakin günün bir hissəsini sadəcə işləyə bilməzsiniz, çünki bu, çox təhlükəlidir", - rəsmi vurğulayıb.

Əziz MUSTAFA

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.13

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az