“Qarabağ”dan ayrılan Zubir yeni komandasında debüt etdi

“Qarabağ”dan ayrılan Zubir yeni komandasında debüt etdi

“Qarabağ”ın sabiq ulduzu Abdulla Zubirin Səudiyyə Ərəbistanı karyerası rəsmən başlayıb.

Azerbaycanpolisi.az “Teleqraf”a istinadla xəbər verir ki, maliyyə problemləri səbəbindən transferi sual altında olan 34 yaşlı fransalı vingerlə bağlı maneə son anda aradan qaldırılıb.

Birinci divizion təmsilçisi “Əl-Oroba” təcrübəli futbolçu ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalandığını açıqlayıb.

Zubir yeni komandasında debüt də edib. O, “Al-Rabia” ilə 2:2 hesablı matçda ehtiyatdan meydana daxil olaraq ilk oyununu keçirib.

Qeyd edək ki, Abdulla Zubir 2018-ci ildən bu ilin yayına qədər “Qarabağ”da çıxış edib.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az