Çempionlar Liqası: «Sabah» turnirə «Mançester Yunayted»lə oyunla başlayır

Çempionlar Liqası: «Sabah» turnirə «Mançester Yunayted»lə oyunla başlayır

Bu gün Azərbaycanın «Sabah» klubu futbol üzrə Çempionlar Liqasının liqa mərhələsinin I turu çərçivəsində ilk oyununu keçirəcək.

Oxuməni. az xəbər verir ki, Valdas Dambrauskasın yetirmələri ilk görüşdə səfərdə İngiltərənin «Mançester Yunayted» komandası ilə qarşılaşacaq.

Məşhur «Old Trafford» stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü FIFA referisi, fransalı hakim Villi Delajo idarə edəcək.

Təxminən 300 «Sabah» azarkeşi Mançesterdə tribunadan komandaya dəstək olacaq.

«Sabah» ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsinə vəsiqə qazanıb. Bununla da komanda bu uğura nail olan «Qarabağ»dan sonra Azərbaycanın ikinci təmsilçisi olub.

«Sabah» oktyabrın 13-də Bakıda Çexiyanın «Slaviya» klubunu qəbul edəcək.

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az