Lent.az xəbər verir ki, yetkinlik yaşına çatmayan Rəna Musayeva (şərti adla) tiktok sosial platformasında özünə məxsus “rena049” adlı səhifəsində canlı yayım açıb. Canlı yayım zamanı nalayiq ifadələr işlədərək, ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.
Bu əməlinə görə, Rəna Musayeva polis şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Rəna Musayeva bildirib ki, 2 ildir bu səhifəni işlədir. Daim canlı yayımlar açır və özünə aid videolar çəkərək paylaşır. O, əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmə iclasında Rənanın qanuni nümayəndəsi və ərazi üzrə rayon icra hakimiyyətinin yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu da ifadə veriblər. Psixoloq bildirib ki, dəfələrlə Rənanın evinə gedərək, onunla profilaktiki söhbətlər aparılıb. Sonda Rənanın yaşının nəzərə alınması və barəsində cərimə növündə cəza verilməsi istənilib.
Məhkəmənin qərarı ilə Rəna Musayeva 500 manat məbləğində inzibati qaydada cərimələnib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































