Planeti xilas etmək üçün Yer kürəsinin əhalisi 2200-cü ilə qədər 4 milyard nəfərə endirilməlidir.
Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyil” qəzetində dərc olunmuş beynəlxalq alimlər qrupunun araşdırmasında deyilib.
Alimlərin hesablamalarına görə, son 100 ildə planetdəki insanların sayı ən azı 2 milyard artaraq 8,3 milyarda çatıb:
“Yer kürəsi əhalinin bu cür sürətli artımını uzun müddət dəstəkləyə bilməyəcək”.
Bu baxımdan, alimlər əhalinin tədricən yarıya qədər azaldılması planını təklif ediblər:
“Buna əhalinin sayının tədricən azalması yolu ilə nail olmaq mümkündür. Əhali artımı dayandırılmadığı təqdirdə, 2100-cü ilə qədər onların sayı 11,4 milyard nəfərə çata bilər və bu, fəlakətli nəticələrə səbəb olar. Xüsusilə, son 50 ildə karbon qazı emissiyaları iki dəfə artıb, biomüxtəliflik yarıdan çox azalıb, enerji istehlakı isə üç dəfə çoxalıb. Faydalı qazıntıların hasilatı və pestisidlərdən istifadə dörd dəfədən çox artıb”.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































