Bakıda iş saatlarının dəyişməsi ilə bağlı yenilik – 57 nədir?

Bakıda iş saatlarının dəyişməsi ilə bağlı yenilik – 57 nədir?

Bakı və ətraf ərazilərdə bir sıra dövlət qurumlarında iş qrafikinin dəyişdirilməsi ilə bağlı qərar sentyabrın 15-dən qüvvəyə minib. İki ay müddətinə sınaq məqsədilə tətbiq olunan yeni qrafiklə işçilər üç fərqli rejim üzrə fəaliyyət göstərəcəklər. Qərarın əsas məqsədlərindən biri paytaxtda nəqliyyat sıxlığının azaldılmasıdır.

İş vaxtının müvəqqəti dəyişdirilməsi qərarı nə kimi nəticələr verə bilər və bu addım Bakıda nəqliyyat sıxlığının azalmasına nə dərəcədə təsir göstərəcək?

Globalinfo.az-a danışan hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, iş qrafikinin dəyişdirilməsi Prezidentin imzaladığı “Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi” üzrə dövlət proqramında nəzərdə tutulmuş 57 tədbirdən biridir:

“Yəni burada kompleks tədbirlər görülməsə, yalnız iş qrafikinin dəyişdirilməsi ilə vəziyyət düzələn deyil. Müəyyən fayda verə bilər, amma bütövlükdə problemi həll etmək üçün o dövlət proqramı tam icra olunmalıdır. Orada təhsil müəssisələri ilə bağlı məsələlər də var. Əsas tıxaclar harada yaranır? Təhsil müəssisələrinin qarşısında. Orada yazılır ki, məktəb avtobusları məsələsinə baxılsın. Amma məktəb avtobusları o zaman tətbiq olunur ki, konkret kompakt ərazidə şagirdlər yaşayır və məktəb də bir yerdədir. Bizdə biri Hövsandan gəlir, biri Suraxanıdan, biri Əhmədlidən. Orada məktəb avtobusu təklif etmək mümkün deyil”.

S.Məmmədovun fikrincə, yalnız iş qrafikinin, özü də əsasən dövlət sektorunda iş qrafikinin dəyişməsi ilə nəsə dəyişəcəyini gözləmək real deyil:

“Amma kompleks tədbirlər fonunda müəyyən nəticələr verə bilər. Həmin tədbirlər də, yuxarıda qeyd etdiyim kimi, Prezidentin imzaladığı dövlət proqramında əksini tapıb”.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.16

2026.09.15

2026.09.14

2026.09.13

2026.09.12

2026.09.11

2026.09.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az