Hadisə Xətai rayonunda yerləşən 264 nömrəli məktəb-liseydə, yeni tədris ilinin ilk günündə qeydə alınıb. XI sinif şagirdləri dərs otağında veyp çəkərək sosial şəbəkədə canlı yayım açıblar. Görüntülər ictimaiyyətdə ciddi narazılıq doğurduqdan sonra polis araşdırmalara başlayıb.
Azerbaycanpolisi.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin sözçüsü Lumu İsrafilli açıqlama verib.
O əlavə edib ki, hadisə barədə məktəb rəhbərliyi və şagirdlərin valideynləri məlumatlandırılıb.
Daxili İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, "Polis əməkdaşları şagirdlərlə profilaktik söhbətlər aparıblar. Onlara bu cür hərəkətlərin qəbuledilməz olduğu bildirilib və təkrarlanacağı təqdirdə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilib".
Bundan əvvəl yeni tədris ilinin ilk günündə çəkilmiş video sosial mediada yayılıb. Görüntülərdə sinifdə məktəbli formasında olan bir neçə şagirdin elektron siqaret istifadə etdiyi və fəaliyyəti sosial mediada canlı yayımladığı göstərilib.
Hadisəyə cavab olaraq məktəb rəhbərliyi həmçinin sinif müəllimi və psixoloq da daxil olmaqla şagirdlərlə görüş keçirib. Məktəblilərin valideynləri təhsil müəssisəsinə dəvət olunub və onlara uşaqlarının davranışlarına daha çox diqqət yetirmələri tövsiyə edilib.
Azerbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“















































.jpg)

.jpg)




