Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə

Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə

Gavalı yemək osteoporozun və yüksək xolesterolun inkişafının qarşısını alır.

Azerbaycanpolisi.az Medicina.az-a istinadən xəbər verir ki, dietoloq Makişa Alekseyeva ən əlçatan və ucuz payız meyvələrindən biri olan gavalının sağlamlıq üçün faydalarını açıqlayıb:

"Tünd mavi, bənövşəyi və parlaq qırmızı meyvələr yüksək konsentrasiyalarda olan antosiyanın ürək-damar xəstəliklərinin və aterosklerozun qarşısının alınmasında faydalıdır".

O, həmçinin gavalıların yüksək lif tərkibini qeyd edib. Bu xüsusiyyət xolesterolu normallaşdırmağa kömək edir. Bundan əlavə, gavalı C vitamini və mikroelementlərlə (məsələn, maqnezium və kalium) zəngindir, bu da onları qan təzyiqini normallaşdırmaq və qan damarlarını gücləndirmək üçün faydalı edir.

Gavalıların vacib faydalarından biri də tərkibindəki K vitamini miqdarıdır ki, bu da dişlər və sümüklər üçün əsas mineral olan kalsiumun orqanizm tərəfindən mənimsənilməsində əsas rol oynayır.

Bu səbəbdən, menopoz dövründə qadınlar üçün gavalı və quru ərik tövsiyə olunur. Bu meyvə daha çox kalsium təmin etməklə zəifləyən sümükləri gücləndirməyə kömək edir və sümük toxumasının zəifləməsi olan osteoporoz riskini azaldır.

Eyni zamanda, xroniki xəstəlikləri, mədə-bağırsaq problemləri olanlar bu meyvə ilə ehtiyatlı olmalıdır.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az