Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Günay Həsənli İtaliyada Aqrar, Ətraf Mühit və Qida Elmləri və Texnologiyaları Proqramı (AƏMQET) üzrə dövlət proqramı vasitəsilə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub.
Azerbaycanpolisi.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Günay Həsənli 2022-ci ildə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində İtaliyanın Bolonya Universitetində doktorantura təhsilinə başlayıb.
ADA Universiteti və İtaliya-Azərbaycan Universitetinin birgə lahiyəsi çərçivəsində Bolonya Universiteti ilə tədqiqat işlərini davam etdirib.
O, aqrar, ətraf mühit və qida elmləri və texnologiyaları istiqamətində doktorantura təhsilini uğurla başa vuraraq fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alıb.
Hazırda Günay Həsənli Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqroservis ASC”nin Coğrafi İnformasiya Sistemləri və Layihələrin İdarə Edilməsi Mərkəzinin Vizuallaşdırma və Hesabatlılıq bölməsinin rəhbəri vəzifəsində çalışır.
Bu uğur Azərbaycan qadınının elm və təhsil sahəsində beynəlxalq səviyyədə qazandığı nailiyyətlərin daha bir nümunəsidir.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































