Alimlər “Ceyms Uebb” kosmik teleskopunun köməyi ilə Süd Yolunun mərkəzində yerləşən superkütləli qara dəliyin yaxınlığında su və oksigenlə zəngin toz aşkar ediblər.
Bu barədə “Space” portalı məlumat yayıb.
Kəşf Almaniyanın Köln Universitetinin astronomları tərəfindən “Oxatan A*” adlı superkütləli qara dəliyin yaxınlığında yerləşən IRS 3 ulduzunun tədqiqi zamanı edilib.
Həyat dövrünün son mərhələsində olan IRS 3 ulduzu tədricən soyuyur və genişlənir. Ulduz bu proses zamanı qaz və tozdan ibarət xarici təbəqəsini kosmosa buraxır. IRS 3 “Oxatan A*” qara dəliyindən bir işıq ilindən də az məsafədə yerləşir. Müqayisə üçün, Yer həmin qara dəlikdən təxminən 26 min işıq ili uzaqdadır.
Astronomlar “Ceyms Uebb”in infraqırmızı cihazı vasitəsilə ulduzu əhatə edən qaz və toz təbəqəsini araşdırarkən burada ilk dəfə su molekullarının mövcudluğunu müəyyən ediblər.
Bu nəticə alimlər üçün gözlənilməz olub. Əvvəllər hesab edilirdi ki, qara dəliyin yaxınlığındakı güclü şüalanma və nəhəng cazibə qüvvəsi ulduzun kosmosa buraxdığı qaz və tozdakı molekulları məhv edir.
Yeni müşahidələr isə su molekulları və tozun Süd Yolunun mərkəzindəki bu ekstremal şəraitdə belə mövcudluğunu qoruyub saxlaya bildiyini göstərir.
Alimlərin fikrincə, əldə olunan nəticələr qalaktikanın mərkəzində kimyəvi birləşmələrin necə formalaşdığını və ulduzların ekstremal mühitdə necə davrandığını daha yaxşı anlamağa kömək edə bilər.
Tədqiqatçılar “Oxatan A*”nın ətrafındakı bölgəni müşahidə etməyə davam etməyi planlaşdırırlar. Onlar “Ceyms Uebb”in yüksək dəqiqlikli müşahidələrinin bu ərazidəki ulduzların təkamülü və mürəkkəb molekulların mövcudluğu haqqında yeni məlumatlar verəcəyini gözləyirlər.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































