Mixeil Saakaşvili Amerika siyasi sistemindəki böhrandan danışıb və qızı Alisanın bir gün ABŞ prezidenti ola biləcəyini irəli sürüb.
"Yeni Sabah" xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti "Facebook"da uzun bir paylaşım edib.
Saakaşvili hesab edir ki, Amerika siyasətçiləri getdikcə şəxsi mənfəət və partiya maraqlarını azadlıq və demokratiya ideallarından üstün tuturlar. Onun fikrincə, ABŞ tədricən dünyada demokratik dəyərlərin müdafiəçisi kimi rolundan imtina edir və Gürcüstan da daxil olmaqla kiçik dövlətlərə marağını itirir.
Gütcüstanın üçüncü prezidenti xatırladıb ki, ABŞ vətəndaşı olan, siyasət və ədalət məsələləri ilə maraqlanan qızı Alisaya ümid edir:
"Mən onu senator olmağa hazırlayıram, kim bilir, bəlkə də hətta prezidentliyə. "Alice Saakashvili For President!".
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə






















































