ABŞ Dövlət Departamenti Ermənistanda TRIPP dəhlizini işə salmaq üçün texniki qrupun yaradıldığını elan edib

ABŞ Dövlət Departamenti Ermənistanda TRIPP dəhlizini işə salmaq üçün texniki qrupun yaradıldığını elan edib

ABŞ, Ermənistan və Azərbaycan "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlı tranzit dəhlizini işə salmaq üçün birgə texniki qrupun yaradıldığını elan ediblər.

Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat verib.
Qrupa üç ölkənin ekspertləri və siyasi nümayəndələri daxildir. Onun missiyası regional əlaqəni, iqtisadi fəaliyyəti və uzunmüddətli sabitliyi təşviq etməkdir. Bundan əlavə, tərəflər mürəkkəb texniki aspektləri həll etmək və layihəni regional infrastrukturla inteqrasiya etmək üçün daha iki ixtisaslaşmış alt qrup - biri nəqliyyat, digəri isə enerji üzrə - yaratmaq barədə razılığa gəliblər.

Ölkələr layihə üzərində işə 2025-ci ilin avqust ayında başlamaq barədə bəyannamə imzalayıblar. TRIPP layihəsi Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və Türkiyəyə daha çox çıxış əldə edəcək 42 km uzunluğunda avtomobil, dəmir yolu və enerji arteriyalarının tikintisini nəzərdə tutur.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan əvvəllər layihə üzrə tikinti işlərinin 2027-ci ilin əvvəlində başlaya biləcəyini bildirmişdi. Əvvəllər layihənin icrasına 2026-cı ilin ikinci yarısında başlanacağı gözlənilirdi.

Əziz Mustafa

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.07

2026.11.06

2026.11.05

2026.11.04

2026.11.03

2026.11.02

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az