Kartınızdan hər ay pul silinir, amma xəbəriniz yoxdur – XƏBƏRDARLIQ

Kartınızdan hər ay pul silinir, amma xəbəriniz yoxdur – XƏBƏRDARLIQ

Gizli avtomatik ödənişlər və fərqinə varmadan olunan abunəliklər müasir dövrün maliyyə tələsinə çevrilib. Bu problemlə mübarizə aparmaq üçün hər bir şəxs fərdi qaydada diqqətli olmalıdır, çünki bütün qoşulmaları tək bir kliklə və ya vahid düymə ilə ləğv edən hər hansı qanun yaxud mexanizm mövcud deyil.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Fuad İbrahimov bildirib. Onun sözlərinə görə, istifadəçi kartından vəsaitin icazəsiz və ya unudularaq silinməsinin qarşısını almaq üçün dərhal prosesə müdaxilə etməlidir:

“Əgər hər hansı xidmətdən istifadə etmək istəmirsinizsə, birbaşa həmin platformaya daxil olub abunəliyi şəxsən imtina etməlisiniz; məsələnin başqa həlli yolu yoxdur.

Məsələyə səhlənkar yanaşıldıqda, kartda vəsait olduğu müddətdə ödənişlər hər ay avtomatik silinməyə davam edəcək. Bu proses yalnız kartın istifadə müddəti bitdikdə və ya hesabda kifayət qədər vəsait olmadıqda dayana bilər. Səhlənkarlığı kənara qoyub, şəxsi abunəliklərə diqqətlə nəzarət etmək mütləqdir.

Bu gün abunəlik modeli şirkətlərə milyardlarla dollar gəlir gətirən əsas biznes strukturlarından biridir. Səhiyyə, təhsil, əyləncə, onlayn film platformalarından tutmuş “Microsoft” və “Apple” kimi texnologiya giqantlarına qədər bütün sahələrdə bu sistem geniş tətbiq olunur”.

Ekspert qeyd edib ki, vətəndaşlar öz xərclərini müstəqil şəkildə tənzimləməlidirlər:

“Əks halda, onlarca lazımsız proqrama abunəçi olacaqsınız və ehtiyacınız olub-olmamasından asılı olmayaraq, kartınızdakı vəsait hər ay sistem tərəfindən çıxılacaq. Çünki hazırda dünyada bütün abunəlikləri bir düymə ilə birdəfəlik ləğv etməyə imkan verən vahid hüquqi mexanizm yoxdur. Ona görə də şəxsi büdcəyə və raxodlara ayıq-sayıq nəzarət etmək yeganə çıxış yoludur”.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.04

2026.11.03

2026.11.02

2026.11.01

2026.10.31

2026.10.30

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az