Ukrayna Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu yük gəmisinə dron hücumuna görə Rusiyanı ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Bərpa, İnfrastruktur və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Qurum bildirib ki, Rusiya Qara dənizdə xarici bayraq altında üzən gəmiyə hücum edib, nəticədə Azərbaycan vətəndaşı olan iki ekipaj üzvü həlak olub.
“Rusiya Odessa vilayətində mülki gəmilərə növbəti hücumu həyata keçirib. Zərbə nəticəsində xarici bayraq altında üzən “Tedy” yük gəmisi zədələnib. Hücum nəticəsində ekipajın iki üzvü - Azərbaycan vətəndaşları həlak olub”, - məlumatda bildirilib.
Nazirlik qeyd edib ki, daha iki Azərbaycan vətəndaşı xəsarət alıb və xəstəxanaya yerləşdirilib: “Ekipajın daha altı üzvünə (onların da Azərbaycan vətəndaşları olduğu bildirilib) hadisə yerində lazımi tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb”.
İnfrastruktur Nazirliyi vurğulayıb ki, Rusiya Ukraynanın mülki gəmilərinə və liman infrastrukturuna məqsədyönlü hücumlarını davam etdirir və bununla ukraynalı və xarici dənizçilər üçün birbaşa təhlükə yaradır: “Ukrayna bu cür hər bir hadisəni qeydə alır və mülki gəmiçilik və nəqliyyat infrastrukturuna qarşı sistemli Rusiya hücumları barədə beynəlxalq tərəfdaşlarını məlumatlandırmaqda davam edir”.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






