Şahzadə Dianaya məxsus olan «İntiqam donu» onun vəfatından sonra ilk dəfə hərraca çıxarılacaq.
Oxuməni az “sothebys.com”a istinadla xəbər verir ki, hərrac dekabrın 9-da Nyu-Yorkda keçiriləcək. Don «Sothebyʼs» hərrac evinin «Lüks həftəsi»nin (Luxury Week) əsas lotlarından biri olacaq. Onun təxmini dəyəri 150 min ilə 300 min dollar arasında qiymətləndirilir.
«İntiqam donu» («Revenge Dress») adlandırılan bu qara ipək axşam libasını şahzadə Diana 1994-cü ilin iyununda, həyat yoldaşı şahzadə Çarlzın xəyanətini ictimaiyyətə etiraf etməsindən sonra «Vanity Fair»in təşkil etdiyi ziyafətdə geyinib.
Əslində, Diana həmin tədbirə başqa bir geyim geyinməyi planlaşdırırdı, lakin son anda qərarını dəyişdi. Kristina Stambolyanın əl işi olan bu çiyinləri açıq qara donu o, üç il əvvəl almışdı, lakin onu ictimaiyyət qarşısına çıxmaq üçün «həddindən artıq cəsarətli» hesab edirdi. Sonradan onun keçmiş stilisti Anna Harvi xatırlayırdı ki, Diana «bir milyon dollar dəyərində görünmək istəyirdi».
Diana bu donu bir daha heç vaxt geyinmədi və 1997-ci ilin iyununda onu xərçəng və QİÇS-lə mübarizə aparan xeyriyyə təşkilatlarının xeyrinə şəxsən hərraca çıxardığı 79 donun siyahısına daxil etdi. O vaxtdan bəri don indiki sahiblərində qalırdı.
Nyu-Yorkda dekabr ayında keçiriləcək hərracda donun satışından əldə olunacaq gəlirin bir hissəsi «NHS Lothian Charity» xeyriyyə təşkilatına bağışlanacaq.
Xatırladaq ki, şahzadə Çarlzın (hazırda Böyük Britaniya kralı) keçmiş həyat yoldaşı şahzadə Diana 1997-ci ilin avqustunda Parisdə avtomobil qəzası nəticəsində 36 yaşında vəfat edib. Diananın ölümü ilə əlaqədar Britaniya cəmiyyətində onun sağlığında daim və bezdirici şəkildə onu izləyən paparassilərin fəaliyyəti geniş müzakirə olunmağa başladı. Xüsusilə, bir neçə motosikletli fotoqraf qəza anında Diananın olduğu avtomobili də izləyirdi.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır















.jpg)

.jpg)





































