Rus ordusu mühasirəyə düşdü: Vəziyyət ağırdır...

Rus ordusu mühasirəyə düşdü: Vəziyyət ağırdır...

Rusiya ordusu Liman yaxınlığında mühasirəyə düşüb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Ukraynanın aylarla davam edən əks-hücumlarından sonra bu sektordakı cəbhə xətti ruslar üçün sözün əsl mənasında çökməyə başlayıb. Ukrayna ordusu köhnə müdafiə xəttini yararaq, rusların arxa cəbhəsinin dərinliklərinə doğru irəliləyib və bəzi Rusiya bölmələrini təchizat xətlərindən təcrid edib.

OSİNT analitiki Kleman Molen, “Rochan Consulting” və ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun qiymətləndirmələrinə görə, Rusiya təxminən 240 km² ərazini itirib və şimaldan Slavyansk-Kramatorsk aqlomerasiyasına təzyiq göstərməyi planlaşdırdığı platsdarmı faktiki olaraq əldən verib.

Rusiyalı hərbi analitik Valeri Şiryayev də bildirib ki, Şandriqolovo rayonundakı Rusiya hərbi bölmələri faktiki olaraq mühasirəyə alınıblar.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.15

2026.09.14

2026.09.13

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az