12 evlik bu kənd pulsuz verilir

12 evlik bu kənd pulsuz verilir

İspaniyanın Qalisiya bölgəsində yerləşən tərk edilmiş kənd pulsuz qiymətə satışa çıxarılıb.

Metbuat.az xəbər verir ki, O Ribeiro ərazisində yerləşən kənddə ümumilikdə 12 ev və təxminən 1,5 hektar torpaq sahəsi var.

Kəndin satış qiyməti 0 avro müəyyən edilib. Lakin bu, ərazinin tamamilə heç bir xərc olmadan əldə ediləcəyi anlamına gəlmir. Kəndi əldə edən şəxs rəsmi rəsmiləşdirmə xərclərini ödəməli və evlərin bərpasını həyata keçirməlidir. Ərazidəki 12 evdən 4-ü iki mərtəbəlidir. Bundan başqa, kənddə daş evlərin qalıqları, su quyuları və tarixi körpülər də qorunub saxlanılıb.

Kəndin ekokənd, turizm obyekti və ya istirahət məkanı kimi istifadəsi mümkün hesab olunur.

Kəndin boşalmasının əsas səbəblərindən biri isə 1950-ci illərdə inşa edilən Freira bəndi olub. Su səviyyəsinin yüksəlməsi ilə sakinlər ərazini tədricən tərk ediblər.

Yerli rəhbərlik kəndi yenidən canlandırmaq və bölgədə əhali azalmasının qarşısını almaq məqsədilə bərpa layihəsini həyata keçirə biləcək investor axtarır.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

2026.09.02

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az