Əfqan Cəlilovun gəlişindən sonra 1448 nəfər işini itirib

Əfqan Cəlilovun gəlişindən sonra 1448 nəfər işini itirib

AZCON Holdinq şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 2026-cı ilin ilk yarısında işçilərin sayı kəskin azalıb.

Plat.az bildirir ki, 2025-ci ilin sonunda şirkətdə 7 482 nəfər çalışdığı halda, 2026-cı ilin iyunun sonuna bu göstərici 6 034 nəfərə enib.

Beləliklə, altı ay ərzində ASCO-da işçilərin sayı 1 448 nəfər və ya 19,4% azalıb. Başqa sözlə, şirkət əməkdaşlarının təxminən hər beş nəfərindən biri işçi heyətindən çıxıb.

İxtisarların ilin ikinci rübündə də davam etdiyi görünür. Belə ki, 2026-cı ilin I rübünün sonunda ASCO-da 6 315 nəfər çalışıb. Aprel-iyun aylarında işçilərin sayı daha 281 nəfər və ya 4,5% azalıb.

Maraqlıdır ki, işçi sayının təxminən beşdəbir azalmasına baxmayaraq əməkhaqqı xərclərində eyni miqyasda azalma baş verməyib. 2025-ci ilin ilk yarısında əməkhaqqı xərcləri maya dəyəri və inzibati xərclər üzrə birlikdə təxminən 81,3 mln manat, 2026-cı ilin ilk yarısında isə təxminən 80,5 mln manat təşkil edib. Yəni işçi sayı illik 21,8% azaldığı halda əməkhaqqı xərcləri cəmi təxminən 1% azalıb.

Qeyd edək ki, ASCO-nun İdarə heyətinin sədri Əfqan Cəlilovdur. O, bu ilin yanvar ayında sözügedən vəzifəyə təyin edilib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

2026.09.02

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az