Bu gün, 15 sentyabr 2026-cı il tarixində Bakının xarici işğaldan azad olunmasından 108 il ötür. 1918-ci ilin bu günündə, saat 15:00-dan sonra Bakı şəhəri tamamilə Qafqaz İslam Ordusunun nəzarətinə keçdi. Bu günü gənc Azərbaycan Xalq Cümhuriyyətinin fiziki taleyinin, milli dövlətçiliyinin yaşayıb-yaşamayacağının həll olunduğu an kimi də adlandırmaq olar. Bu tarixi məqamı anlamaq üçün əvvəlcə ondan əvvəlki ağır reallığa nəzər salmaq lazımdır.
Oxuməni az xəbər verir ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildikdən sonra ölkə iki hissəyə bölündü, paytaxtda hakimiyyəti bolşevik-daşnak qüvvələri tərəfindən yaradılmış Bakı Xalq Komissarları Soveti ələ keçirdi.
Bolşevik-daşnak silahlı birləşmələri Azərbaycanın nəzarətlərində olan bölgələrində yerli əhaliyə qarşı soyqırımı törədir, kütləvi qətllər həyata keçirirdilər. İyun ayından etibarən bolşevik silahlı dəstələri Azərbaycanın qərb bölgələrini ələ keçirmək üçün genişmiqyaslı əməliyyatlara başladılar. Şamaxı istiqamətində irəliləyən bolşevik-daşnak qüvvələri yol boyu bütün Azərbaycan kəndlərini dağıdır, dinc əhalini qətlə yetirirdilər.
Bu vəziyyətdə Osmanlı İmperiyasının Hərbi naziri Ənvər paşa qardaşı Nuru paşanın komandanlığı altında Azərbaycana hərbi qüvvələr göndərdi. Beləliklə, tərkibinə Azərbaycanın milli hərbi qüvvələrinin də daxil olduğu Qafqaz İslam Ordusu yaradıldı.
1918-ci il mayın 9-da Nuru paşa Təbrizə, on bir gün sonra isə Araz çayına çatdı. Mayın 25-də o, Gəncəyə gəldi. Qafqaz İslam Ordusunun qarşısında duran ilk vəzifələrdən biri Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, düşməni tərksilah etmək və yerli əhalinin təhlükəsizliyini təmin etmək idi.
Bu ordunun döyüş yolu Qaraməryəm, Kürdəmir, Ağsu, Göyçay, Salyan və Şamaxıdan keçirdi.
Sentyabrın 15-də günortaya qədər davam edən döyüşlərdən sonra Qafqaz İslam Ordusu Bakı şəhərini işğaldan azad etdi, ertəsi gün isə indiki "Sahil" bağında Qafqaz İslam Ordusunun və Azərbaycan qoşunlarının rəsmi paradı keçirildi.
Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) paytaxtı Gəncədən Bakıya köçürüldü.
Xatırladaq ki, Bakıda türk əsgərlərinin xatirəsinə abidə, Şamaxıda isə naməlum türk əsgərinin məzarüstü abidəsi ucaldılıb.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“




































.jpg)

.jpg)















