Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar razılaşmanın əldə olunduğu anda iki ölkənin ordularının dayandığı yerdə dayana bilər. Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov müharibənin dayandırılması üçün bu variantı ən real ssenari hesab edir. Oxuməni.az xəbər verir ki, o, bu barədə Latviyanın ictimai mediasına verdiyi müsahibədə bildirib.
Söhbət Ukrayna üçün təhlükəsizlik zəmanətləri müqabilində faktiki cəbhə xətti boyunca atəşkəsin elan edilməsindən gedir. Bununla belə, Budanov vurğulayıb ki, Kiyev Rusiya nəzarətinə keçən ərazilərdən imtina etməyi hüquqi cəhətdən tanımaq niyyətində deyil.
"Belə bir şey olmayacaq və heç kim bunu etməyəcək", - deyə o bildirib.
Beləliklə, təklif olunan model ərazi məsələsinin yekun həlli olmadan hərbi əməliyyatların faktiki dayandırılmasını nəzərdə tutur.
Eyni zamanda, Budanov xəbərdarlıq edib ki, müharibə davam edəcəyi təqdirdə, Ukrayna Rusiya ərazisinə endirilən zərbələrin məsafəsini və gücünü artırmaq niyyətindədir.
"Əgər Rusiya bizə qarşı hərbi əməliyyatları dayandırmasa, aydındır ki, o, bunu öz dərisində daha çox və daha güclü hiss edəcək. Zərbələrimiz getdikcə daha dərinə və daha böyük döyüş gücü ilə endiriləcək", - deyə Prezident Ofisinin rəhbəri bildirib.
Rusiya tərəfi bu yazı dərc olunan ana qədər Budanovun bəyanatlarını şərh etməyib. Müharibə şəraitində tərəflərin davam edən hərbi əməliyyatlarla bağlı bəyanatlarını müstəqil şəkildə təsdiqləmək mümkün deyil.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































