Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi məhkəməyə göndərilib.
Gününsəsi.info xəbər verir ki, cinayət işinin istintaqı zamanı şahid qismində dindirilən şəxslərin kimliyi məlum olub.
Belə ki, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Prezident katibliyinin rəisi olmuş, politoloq Eldar Namazov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və “Bakı Stil Company” zavodunun sahibi Rasim Məmmədov istintaq çərçivəsində şahid qismində dindirilib.
Məlumata görə, həmin şəxslərin məhkəmə prosesində də şahid qismində ifadə verməsi gözlənilir. Bu işlə bağlı diqqətiçəkən daha bir məqam isə “Ramiz Mehdiyev işi” çərçivəsində həbs edilən AXCP sədri Əli Kərimli ilə bağlıdır.
Belə ki, Əli Kərimlinin cinayət işi sabiq PA rəhbərinin işindən ayrılsa da, lakin onun adı Mehdiyevin ittiham aktında şahid qismində keçir. İstintaqa ifadə verməkdən imtina edən Əli Kərimlinin Mehdiyevin mühakiməsi zamanı dindirilib-dindirilməməsinə isə məhkəmə qərar verəcək.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“












































.jpg)

.jpg)







