Elektrik enerjisi xaricə 8,9 qəpiyə, əhaliyə isə...

Elektrik enerjisi xaricə 8,9 qəpiyə, əhaliyə isə...

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 319 milyon 39,4 min kVt/saat elektrik enerjisi ixrac edilib.

Bu barədə "Yeniavaz" açıqlanan rəsmi məlumatlara istinadən bildirib. Məlumata görə, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 16 milyon 628,7 min dollar olub.

Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,2 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 8,9 qəpik təşkil edib.

Qeyd edək ki, bu,daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.

Bildiyimiz kimi, ölkə daxilində əhaliyə satılan elektrik enerjisinin qiyməti 8,4 (200 kVt/saat-a qədər), 10 (200- 300 kVt/saat olduqda) və 15 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 11,1 qəpik təşkil edir.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.17

2026.09.16

2026.09.15

2026.09.14

2026.09.13

2026.09.12

2026.09.11

2026.09.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az