Oksford və Kembric ardıcıl ikinci ildir ki, Britaniya universitetlərinin ilk üçlüyünə düşə bilməyib

Oksford və Kembric ardıcıl ikinci ildir ki, Britaniya universitetlərinin ilk üçlüyünə düşə bilməyib

Kembric və Oksford universitetləri "The Times" və "Sunday Times Good University Guide" reytinqində ardıcıl ikinci ildir ki, Böyük Britaniyanın ən yaxşı üç universiteti siyahısına düşə bilməyib. Kembric siyahıda dördüncü, Oksford isə beşinci yerdə qərarlaşıb. Oxuməni.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Cari reytinqdə birinci yeri ötən ilin lideri olan London İqtisadiyyat Məktəbini geridə qoyan Sent-Endryus Universiteti tutub. Beləliklə, reytinqə ilk dəfə Şotlandiyadan olan bir ali təhsil müəssisəsi başçılıq edib.

Cari reytinqdə "İlin universiteti" adına London İmperial Kolleci layiq görülüb. O, həmçinin məzunların gələcək işlə təmin olunması baxımından ən yaxşı ali məktəb seçilib. Ekspertlər kollecin uğurunu təhsildə innovativ yanaşmaların tətbiqi ilə əlaqələndirirlər.

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.19

2026.09.18

2026.09.17

2026.09.16

2026.09.15

2026.09.14

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az