“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Çindən yeddi magistral lokomotiv alıb.
Azerbaycanpolisi.az "Report"-a istinadla xəbər verir ki, Çinin “CRRC Ziyang Co., Ltd” şirkəti tərəfindən istehsal edilmiş AC50 tipli 7 ədəd müasir yük lokomotivi Bakıya çatdırılıb.
Magistral lokomotivlər qabaqcıl texnologiyalar və innovativ dartı sistemləri ilə təchiz edilib, yüksək dartı gücü və iri yanacaq tutumu ilə seçilir. Bu lokomotivlər ağır tonnajlı yük qatarlarının daha səmərəli və təhlükəsiz idarə olunmasına imkan verir. Magistral teplovozlar müasir idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz edilib.
Yeni lokomotivlər beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarında istifadə olunacaq.
Xatırladaq ki, bu ilin iyun ayında ARW və CRRC Ziyang dörd yeni əsas sərnişin lokomotivinin tədarükü üçün daha bir müqavilə imzalayıblar. Onların Azərbaycana tədarükü 2027-ci ilə planlaşdırılır.
Azerbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































