Ölkəmizə idxal olunan 20 ton yağ geri qaytarıldı

Ölkəmizə idxal olunan 20 ton yağ geri qaytarıldı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.

Bildirilib ki, sınaq nəticəsində "Krestyanskoe Çudo" (Крестьянское Чудо) əmtəə nişanlı bitki tərkibli spred yağı məhsulu partiyasında 3-monoxlorpropan 1.2-diol (3-MCPD) göstəricisi üzrə uyğunsuzluq aşkar edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Qəbul edilmiş müvafiq qərar əsasında ümumi çəkisi 20 ton məhsul istehsalçı ölkəyə geri qaytarılıb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.18

2026.09.17

2026.09.16

2026.09.15

2026.09.14

2026.09.13

2026.09.12

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az