41 yaşlı Kriştiano Ronaldo UEFA Millətlər Liqasının oyunları üçün Portuqaliya yığmasına çağırılıb

41 yaşlı Kriştiano Ronaldo UEFA Millətlər Liqasının oyunları üçün Portuqaliya yığmasına çağırılıb

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün Portuqaliya milli komandasına çağırılıb. Oxuməni.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının saytında məlumat verilib.

41 yaşlı hücumçu ilə yanaşı, “Mançester Yunayted” klubunun kapitanı Bruno Fernandeş, “Qalatasaray”ın vingeri Rafael Leau, “Real Madrid”in yarımmüdafiəçisi Bernardo Silva və digər futbolçular da milliyə dəvət alıblar.

Portuqaliya millisi qarşıdakı toplanış çərçivəsində dörd oyun keçirəcək. Ronaldo və komanda yoldaşları evdə Uels (24 sentyabr) və Norveç (4 oktyabr) yığmaları ilə qarşılaşacaqlar. Səfərdə isə portuqaliyalılar Norveç (27 sentyabr) və Danimarka (1 oktyabr) komandaları ilə üz-üzə gələcəklər.

Daha əvvəl Ronaldonun 2027-ci ilin yanvarında Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan ayrıla biləcəyi barədə məlumat yayılmışdı. Hücumçunun karyerasını hansı klubda davam etdirməyi planlaşdırdığı açıqlanmayıb.

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.19

2026.09.18

2026.09.17

2026.09.16

2026.09.15

2026.09.14

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az