Şəmkirdə gənc oğlanı qatar vurub.
Azerbaycanpolisi.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Böyük Kəsik-Gürcüstan dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Sabirkənd kənd sakini, 2002-ci il təvəllüdlü R.Vəliyevi dəmir yolu xəttini keçərkən qatar vurub.
Gənc aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Bu gün gecə saat 02:00 radələrində Zəyəm-Dəllər sahəsində Tiflis-Bakı sərnişin qatarının iştirakı ilə ölümlə nəticələnən hadisə baş verib.
Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, 135 km/saat sürətlə hərəkətdə olan Tiflis-Bakı qatarının qarşısına qəflətən bir nəfər çıxıb.
“Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs həyatını itirib”, - məlumatda qeyd olunub.
ADY vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yerlərdən və piyada keçidlərindən istifadə etməklə keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırıb.
Qeyd olunub ki, sürücü və piyadaların diqqətsizliyi, ani tələskənliyi və qaydalara laqeyd münasibəti arzuolunmaz hallara səbəb ola bilər.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































