“Böyük Qayıdışa dair I Dövlət Proqram"ı çərçivəsində nəzərdə tutulmuş layihələr digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi Ağdam, Füzuli, Xocavənd rayonlarında da qrafikə uyğun olaraq həyata keçirilməkdədir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O, hazırda Ağdam rayonunda Ağdam şəhəri və iki kənddə quruculuq işlərinin davam etdiyini bildirib.
“4-cü və 5-ci yaşayış kompleksləri və Eyvazxanbəyli, Baş Qərvənd yaşayış məntəqələri, kəndlər bərpa olunur. Bu 4 yaşayış məntəqəsinin bu ilin sonuna qədər təhvil verilməsi gözlənilir. Ümumilikdə bu, Ağdam şəhərinə 8 min nəfərin, Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinə isə ilkin mərhələdə müvafiq olaraq 427 və 851 ailənin qayıdışı deməkdir”, - deyə Emin Hüseynov vurğulayıb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































