Rafinyadan tarixi göstərici: İndiyədək yalnız iki futbolçu bunu bacarıb

Rafinyadan tarixi göstərici: İndiyədək yalnız iki futbolçu bunu bacarıb

İspaniya təmsilçisi “Barselona”nın braziliyalı futbolçusu Rafinya La Liqada yeni rekorda imza atıb.

Azerbaycanpolisi.az “Opta”ya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu çempionatın ilk 7 turunda 10 qol vurub.

O, VII turun "Sevilya" ilə matçın 22-ci dəqiqəsində fərqlənib. Rafinya bu göstəriciyə XXI əsrdə çatan üçüncü futbolçudur.

Buna qədər yalnız Lionel Messi və Kriştiano Ronaldu mövsümün ilk 7 oyununda ən azı 10 qol vurublar.

Messi 2011/12 mövsümündə ilk 7 oyunda 10, 2017/18 mövsümündə isə 11 qol vurub. Ronaldu isə 2014/15 mövsümündə 13 qolla fərqlənib.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.21

2026.09.20

2026.09.19

2026.09.18

2026.09.17

2026.09.16

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az