Çempionlar Liqası: "Sabah"ın Bakıdakı dörd ev oyununa biletlər satışa çıxarıldı

Çempionlar Liqası: "Sabah"ın Bakıdakı dörd ev oyununa biletlər satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunlarına vahid biletlər satışa çıxarılıb.

Bu barədə paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib.

Azarkeşlər bir bilet əldə etməklə komandanın "Slaviya" (Çexiya), "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya) və "Napoli"yə (İtaliya) qarşı keçirəcəyi dörd ev qarşılaşmasını canlı izləyə biləcəklər.

Biletlərin qiyməti 35-285 manat arasında dəyişir.

Alınmış biletlərin geri qaytarılmayacağı, dəyişdirilməyəcəyi və bərpa edilməyəcəyi bildirilib.

Biletlər yalnız QR-bilet formatında təqdim olunur. Biletdən istifadə etmək üçün azarkeşin iTicket.AZ mobil tətbiqində bileti əldə etdiyi hesabına daxil olması tələb olunur. QR-biletlər yalnız qarşılaşmaların keçiriləcəyi gün aktivləşdiriləcək.

Qeyd edək ki, "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.22

2026.09.21

2026.09.20

2026.09.19

2026.09.18

2026.09.17

2026.09.16

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az