Bakıda yeni park salınır - 35 milyon manat ayrıldı

Bakıda yeni park salınır - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb.

Ölkə.az xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Əsaslı Tikinti və Təmir MLMC tərəfindən təsdiqlənib.

Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 hektar ərazidə yeni istirahət parkının salınması işləri Xezer-Construction MMC-yə həvalə olunub.

Şirkətə görüləcək işlərlə bağlı ümumilikdə 35 mln 229 min 641 manat ödəniləcək.

Layihə çərçivəsində park ərazisində mövcud tikililərin, asfalt örtüyü və dəmir yolunun sökülməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihənin ilkin qiyməti 49 mln 440 min 118 manat olaraq müəyyənləşdirilmişdi.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.24

2026.09.23

2026.09.22

2026.09.21

2026.09.20

2026.09.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az