Ankara Qara dəniz taxıl dəhlizini bərpa edir

Ankara Qara dəniz taxıl dəhlizini bərpa edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Vladimir Zelenskidən Qara dəniz taxıl dəhlizini bərpa etmək təklifinə müsbət cavab aldığını bildirib.

Oxuməni.az xəbər verir ki, Türkiyə lideri bu barədə Nyu-Yorkda jurnalistlərə açıqlamasında Qara dənizdə ticarət gəmilərinə edilən hücumların artmasını şərh edərkən bildirib.

"Taxıl dəhlizinin bərpası üçün səylərimizi gücləndirmişik. Bunun üçün diplomatik addımlarımızı da sürətləndiririk. Mən bu məsələni yenidən Ukrayna Prezidenti Zelenski ilə müzakirə etdim və onun cavabı müsbət oldu", - deyə prezident bildirib.

Onun sözlərinə görə, Türkiyə münaqişə tərəfləri ilə əlaqələri davam etdirərək gəmiçilik təhlükəsizliyinin bərpasına çalışır.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, ticarət gəmilərinin təhlükəsiz keçidinin təmin edilməsi iki məsələnin həllinə imkan verəcək: ərzaq təhlükəsizliyini gücləndirmək və müharibənin daha da genişlənməsinin qarşısını almaq.

"Qara dəniz bu müharibənin cəbhəsi deyil və heç vaxt olmamalıdır", - deyə Türkiyə lideri bildirib.

Prezident, həmçinin vurğulayıb ki, Ankara hansı tərəfin törətməsindən asılı olmayaraq ticarət gəmilərinə edilən hücumları qəbul etmir və münaqişənin bütün iştirakçılarından məsuliyyətli davranış gözləyir.

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.26

2026.09.25

2026.09.24

2026.09.23

2026.09.22

2026.09.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az