Volkswagen və Audi dünyada 2,1 milyondan çox avtomobili geri çağırıb

Volkswagen və Audi dünyada 2,1 milyondan çox avtomobili geri çağırıb

Volkswagen Group konserni dünya üzrə 2,1 milyondan çox avtomobili əhatə edən genişmiqyaslı servis kampaniyasına başlayıb. Buna səbəb sükan mexanizmində bərkidici elementin mümkün qüsuru olub. Ən pis ssenaridə bu problem sükan idarəetmə sisteminin işinin pozulmasına səbəb ola bilər. Oxuməni.az xəbər verir ki, bu barədə Almaniyanın avtomobil təşkilatı ADAC məlumat yayıb.

Problem sükan mexanizmindəki yivli birləşmə ilə bağlıdır. Müəyyən şəraitdə, o cümlədən korroziya prosesləri nəticəsində bərkidici element boşala və sıradan çıxa bilər. Ən əlverişsiz ssenaridə bu, avtomobilin idarəolunmasının pisləşməsinə və ya sükan idarəetməsinin tamamilə sıradan çıxmasına səbəb ola bilər ki, bu da qəza riskini artırır.

Kampaniya çərçivəsində 2013-cü ilin sentyabrından 2024-cü ilin iyulunadək istehsal edilmiş Volkswagen Golf, Golf Variant, Tiguan, Touran və Caddy modellərinin, həmçinin 2017-ci ilin oktyabrından 2024-cü ilin mayınadək istehsal edilmiş Audi Q3 avtomobillərinin sahibləri servis mərkəzlərinə dəvət olunacaqlar.

Servis xidməti zamanı bərkidici qovşaq yoxlanılacaq və potensial problem yarada biləcək bolt korroziyaya daha davamlı boltla əvəzlənəcək. İşlər avtomobil sahibləri üçün pulsuz həyata keçiriləcək.

Konserndən bildirilib ki, hazırda bu qüsurla əlaqəli hər hansı qəza və ya xəsarət halı barədə məlumat qeydə alınmayıb.

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.26

2026.09.25

2026.09.24

2026.09.23

2026.09.22

2026.09.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az