“Ermənistan və Azərbaycan arasında anklavlar məsələsi sərhədlərin delimitasiyası prosesi çərçivəsində həll olunacaq”.
Azerbaycanpolisi.az "Bakupost"-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın delimitasiya komissiyasının rəhbəri, baş nazirin müavini Mqer Qriqoryanın ofisindən Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirilib.
“Ermənistan-Azərbaycan dövlət sərhədinin ayrı-ayrı hissələrinin, o cümlədən anklav və eksklavlarla bağlı işlər “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçiriləcək”, - açıqlamada qeyd olunub.
Həmçinin vurğulanıb ki, komissiyaların fəaliyyəti birgə iclasların və işçi görüşlərin keçirilməsi qaydalarına uyğun olaraq dərc edilir.
Baş nazirin müavininin ofisi xatırladıb ki, komissiyalarda təmsil olunan vəzifəli şəxslər iclasların və işçi görüşlərin sənədlərinə istinad edərkən yalnız razılaşdırılmış və KİV üçün təsdiq edilmiş məlumatların məzmununu olduğu kimi təqdim edə bilərlər:
“İclasların və birgə işçi görüşlərin nəticələrinə dair KİV üçün yayımlanan məlumatların hərfi məzmunundan kənara çıxan istənilən rəsmi istinad, habelə onların izahı və ya şərhləri yolverilməzdir və etibarsız hesab olunur”.
Azerbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“





.jpg)










.jpg)

























.jpg)


.jpg)









