Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkür etdi.

Dövlətimizin başçısı gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirdi. Azərbaycanın bu idman tədbirlərində iştirakının önəmini vurğulayan Prezident İlham Əliyev bütün bunların ümumilikdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə etdi.

Canni İnfantino qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Qonaq ilk dəfə ölkəmizdə keçiriləcək 15 yaşadək oğlan futbolçular arasında dünya çempionatı və festivalının önəminə toxunaraq, dünyanın idman ictimaiyyətinin diqqətinin bu tədbirə yönələcəyini dedi.

Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlərdən söhbət açıldı, son dövrlərdə bu sahədə əldə edilən uğurlara toxunuldu.

Ölkəmizlə FIFA arasında uğurlu əməkdaşlığın qurulduğu vurğulanaraq, tərəfdaşlığın perspektivləri müzakirə olundu.

Söhbət zamanı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) FIFA-nın fəaliyyətinə verdiyi dəstək məmnunluqla qeyd edildi.

Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi.

Azırbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.29

2026.09.28

2026.09.27

2026.09.26

2026.09.25

2026.09.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az