Formula 1 üzrə Azərbaycan Qran-prisini 17 mindən çox xarici azarkeş izləyib

Formula 1 üzrə Azərbaycan Qran-prisini 17 mindən çox xarici azarkeş izləyib

Bakıda keçirilən 10-cu yubiley Azərbaycan Qran-prisi xarici azarkeşlərin sayı və bilet satışı üzrə rekord göstəricilərlə yekunlaşıb.

Azerbaycanpolisi.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Məlumata əsasən, yarış tarihində ilk dəfə 17 mindən çox xarici azarkeş Formula 1 həyəcanını Bakı Şəhər Halqasının tribunalarından canlı izləyib. Qran-pri üçün satışa çıxarılan bütün biletlər tam satılıb və dörd gün ərzində ümumilikdə 92 minə yaxın ziyarət qeydə alınıb. Biletlər 120-dən çox ölkənin vətəndaşları tərəfindən alınıb, xüsusilə Çindən gələn azarkeşlərin sayında kəskin artım müşahidə olunub.

Artan tələbatı qarşılamaq üçün son üç ildə dörd yeni tribuna quraşdırılıb və tribunaların ümumi tutumu 6 mindən çox artırılaraq 21 mini keçib. Bakı Bulvarındakı əyləncə zonasını gündəlik 25 mindən çox azarkeş ziyarət edib, ikigünlük konsert proqramı isə 40 minə yaxın tamaşaçı toplayıb.

Yubiley yarışını 300-ə yaxın yerli və xarici media nümayəndəsi işıqlandırıb, mətbuatda Azərbaycan mədəniyyəti və milli ənənələri haqqında da reportajlar təqdim olunub. Qran-pri 56 xarici televiziya kanalı və platformada canlı yayımlanıb.

Nəqliyyatın hərəkətini təmin etmək üçün mərkəzdə yeni tranzit dəhliz istifadəyə verilib, yarış başa çatdıqdan dərhal sonra isə söküntü işlərinə başlanılaraq yollar mərhələli şəkildə açılıb.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.05

2026.10.04

2026.10.03

2026.10.02

2026.10.01

2026.09.30

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az