Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib
2 Oktyabr 16:08
“Planlaşdırılan məsələlərə gəlincə, kifayət qədər sürətli templə irəliləyirik”.
Azerbaycanpolisi.az Teleqraf-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan “Tramp marşrutu” (TRIPP) layihəsi barədə deyib.
“Əgər bir il ərzində proqram çərçivəsində nə qədər irəlilədiyimizə, hansı inkişafın baş verdiyinə nəzər salsaq, deməliyəm ki, bu miqyasda proqram üçün kifayət qədər böyük nəticələrimiz var. Hazırda araşdırma aparılır və hesab edirəm ki, qarşıdakı bir-iki ay ərzində yekunlaşdırılacaq. Bundan sonra, artıq 2027-ci ilin əvvəlində real addımları görmək mümkün olacaq. Düşünürük ki, gələn ilin əvvəlində təməlqoyma mərasimini keçirmək mümkün olacaq”, - o bildirib.
Azerbaycanpolisi.az