Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO

Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucuovun FED.az-a verdiyi məlumata görə, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeydə alınıb. Burada mənzillərin maksimal qiyməti 19 000 manat/kv.m təşkil edir.

İkinci ən bahalı ünvan Səbail rayonunun Üzeyir Hacıbəyli küçəsidir. Burada maksimal qiymət 15 900 manat/kv.m-dir. İlk üçlüyü isə 9 200 manat/kv.m göstərici ilə Niyazi küçəsi və Ağ Şəhərin "Yaşıl Ada 1" ərazisi tamamlayır.

Bundan başqa, İzmir küçəsində qiymət 8 650 manat, Qurban Abbasov küçəsində 7 950 manat, Mikayıl Useynov küçəsində isə 7 670 manat/kv.m-ə çatır.

AQC rəhbəri bildirir ki, daşınmaz əmlak bazarında qiymətləri yalnız rayon üzrə orta göstəricilərlə qiymətləndirmək düzgün deyil. Premium seqmentdə hətta bir-birindən bir neçə yüz metr məsafədə yerləşən obyektlərin qiymətləri ciddi fərqlənə bilər.

Məsələn, siyahıdakı ən yüksək 19 min manat/kv.m qiymət Bakı üzrə hazırkı median təklif qiymətindən təxminən 7.4 dəfə yüksəkdir; sentyabr 2026 üzrə bazar məlumatlarında Bakı üzrə median 2 582 manat/kv.m göstərilir.

Bakının yüksək qiymətli əraziləri cədvəldə göstərilib:

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.02

2026.10.01

2026.09.30

2026.09.29

2026.09.28

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az