"Xaricdə ölsəm, cənazəmi Azərbaycana gətirən adam kafirdir"
13 Noyabr 12:20
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olunub.
Azerbaycanpolisi.az "Bakupost"-a istinadla xəbər verir ki, ifaçı bu barədə "Qonaqcanlı" verilişində deyib.
O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:
"Hazırda təhsil alıram. Magistraturaya qəbul olunmuşam. Amma burada yox, xarici ölkələrdən birində. Birinci kurs tələbəsiyəm. 2 il yarımdan sonra qayıdacağam. Ailədə bir mənim magistr təhsilim yox idi, o da oldu".
Qeyd edək ki, Eldəniz daha əvvəl Qarabağ Universitetində çalışmaq istədiyini, lakin magistr təhsili olmadığı üçün buna icazə verilmədiyini açıqlamışdı.
Azerbaycanpolisi.az